Fotolardakı “qəhrəman”lardan biri Əfqanıstanda üç günahsız insanı qətlə yetirməkdə ittiham edilərək 24 il müddətinə azadlıqdan məhrum olunan Ceremi Morlokdur. ABŞ Müdafiə Nazirliyinin rəsmiləri bildirib ki, jurnalda dərc olunan materiallar amerikalı hərbçilərin riayət etdikləri dəyər və standartlardan köklü şəkildə fərqlənir. Qeyd edək ki, bu hadisələrlə bağlı 4 amerikalı hərbçi həbs olunub. Bundan əlavə Pentaqon Əfqanıstanda dinc əhalinin qətlə yetirilməsi ilə bağlı faktlarda adları çəkilən hərbçilərə görə rəsmən üzr istəyib.