AZXEBER.COM portalının ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, qətnamənin məğzi prezident Barak Obamadan Liviyadakı hərbi əməliyyatda ölkənin məqsədi və rolunu izah etməsidir.
Təşəbbüskarı Nümayəndələr palatasının spikeri Con Boyner olan qətnamənin lehinə 268, əleyhinə 145 konqresmen səs verib. Sənədə əsasən dövlət başçısı iki həftə ərzində Liviyadakı hərbi əməliyyat barədə ətraflı hesabat verməlidir. Lakin bununla belə sənəddə Liviyadakı əməliyyatda Amerikanın iştirakına son qoyulması barədə heç nə deyilmir. Ağ Ev isə qətnamənin qəbulunu “lazımsız və qeyri-konstruktiv addım” adlandırıb