ABŞ səfirliyi 2 aprel aksiyası ilə bağlı açıqlama yaydı
Bütün Xəbərlər
20:30 04.04.2011
1841
Səfirlikdən APA-ya daxil olan məlumata görə, səfirlik aksiyaçıların saxlanılması, aksiyadan öncə hökumət tərəfindən görülən tədbirlərlə bağlı narahatlığını ifadə edib.
Səfirlik Konstitusiyanı, beynəlxalq insan hüquqları üzrə hüquqi aktları, o cümlədən ATƏT öhdəliklərini xatırladaraq, bu hüquqlara hörmətin önəmli olduğunu vurğulayıb: “Bu, istənilən cəmiyyətdə vətəndaşlarla onların hökuməti arasında bu və ya digər şəkildə müəyyən dialoqa təşviq edir ki, bu da müsbət dəyişiklik və demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır.