Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli bu ilin 1 oktyabr tarixinə 2,708 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 21 faizdən çoxdur.
Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,129 milyard manata bərabər olub ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 262,6 milyon manat çoxdur.