Abdulbari Gözəlin oğluna yüksək vəzifə verildi

Abdulbari Gözəlin oğluna yüksək vəzifə verildi
SOSİAL
11:33 03.10.2022
1522
"Azərbaycan Sənaye Bankı” ASC-nin  Müşahidə Şurasının sədri dəyişib.

AZXEBER.COM xəbər verir ki, Banker.az-ın əldə etdiyi məlumata əsasən, "Azersun Holdinq” MMC-yə yaxın olan kommersiya bankının səhmdarlarının qərarı ilə Ahmad Gozal (Əhməd Gözəl) Müşahidə Şurası sədri təyin edilib.

Ə.Gözəl Abdolbari Gozalın (Abdulbari Gözəl) oğludur. O bu vəzifədə A.Gozalın digər övladı Zeynab Konyarı əvəzləyəcək.

İndi bankın Müşahidə Şurasında Heydaranlou Firouzi,  Alireza Ziyad oğlu və Hakan Şirin Ali üzvdürlər.

Hakan Şirin Ali 2022-ci ilin yanvarında bankın Müşahidə Şurasına üzv seçilmişdi. Bundan əvvəl A.Gozalın digər qızı Leyla Kurt bu vəzifədə idi.

Qeyd edək ki, bankın İdarə Heyətinin daimi sədri hələ ki, təyin edilməyib.

ASB Bank 1996-cı ildə yaradılıb və 60 mln. nizamnamə kapitalına sahibdir.

Kapitalında 98.43%-i "Anadolu Investment Company”ə, 1.00%-i A.Gozalın digər qızı Leyla Gozal Kurta və 0.57%-i isə  "Azərbaycan Sənaye Lizinq” şirkətinə məxsusdur.

ABDULBARİ GÖZƏL KİMDİR?

Abdulbari Gözəl 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır.

Daha sonradan iş həyatına başlayan gənc Abdulbari Gözəl babasının yanında qida ticarəti ilə məşğul olur. 1968-ci ildə isə ticarət həcmini böyüdərək onu 50–60 milyon dollara qədər yüksəldir.

Fəal iş həyatı yaşayan bu şəxs 1981-ci ildə İran İslam İnqilabından sonra Türkiyənin paytaxtı Ankaraya gəlir və buradan İsveçrəyə getməyi planlaşdırır. Lakin bu zaman Turqut Özalın təkidi ilə Türkiyədə qalır və Ankarada "Etsun A.Ş.” adlı bir şirkət yaradır.

1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda "Intersun Holding” adlı şirkətlər qrupunu yaratmışdır.

Bundan başqa o, Azərbaycan və Gürcüstana da qida məhsullarının ixracı ilə məşğul olub. 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda öz şirkətinin rəsmi şöbəsini yaradır.

Qida sahəsindən başqa Abdulbari Gözəl 1980-ci ildə İran və Türkiyədə neft ticarətinə başladı. 2002-ci ildən etibarən isə bu fəaliyyət Bakıda neft terminalı və Dübəndi neft terminalı vasitəsiylə Xəzər neftinin Gürcüstana daşınmasından ibarətdir. Hal-hazırda isə İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlərə sahibdir.

Bununla əlaqədar olaraq, hazırda Dubay, İsveçrə, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İraq, Əfqanıstanda Intersun Holding-in himayəsi altında 14 ayrı-ayrı milliyyətə sahib insanlar bir ailə kimi işləməkdədir.

Azersun Holding-də onun Bakıda yaratdığı şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaradılıb. Holdinq qida, idman və maliyyə sektorunda fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU
15:20 04.08.2026
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU