AZXEBER.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, separatçılara yaxın internet portalının birininin verdiyi məlumata görə, A.Öcalan iyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərindən sonra kürd probleminin həllini tapmayacağı halda böyük müharibənin olacağını iddia edib. O bildirib ki, iyunun 15-dən sonra kürd probleminin həlli ya böyük razılıqla, yaxud da ki, böyük müharibə ilə bitməlidir. “Əgər böyük müharibə baş qaldırsa, hazırki hökumət 3 ay belə davam gətirə bilməyəcək”, - deyə o qeyd edib.
Öcalanın bu bəyanatı vəkilləri ilə keçirilən görüşdə razılaşdırıldıqdan sonra mətbuatda dərc olunub.