Abdulla Gül: “Hər kəsin bilməsi vacibdir: biz xalqların yanındayıq, əsas olan xalqdır”

Abdulla Gül: “Hər kəsin bilməsi vacibdir: biz xalqların yanındayıq, əsas olan xalqdır”
Bütün Xəbərlər
13:17 29.08.2011
1360
“Bu günkü dünyada avtoritar idarəçiliyə, qapalı rejimlərə yer yoxdur. Bunlar ya zorla dəyişəcəklər, ya da...” “Hər kəsin bilməsi vacibdir: biz xalqların yanındayıq, əsas olan xalqdır”Türkiyə prezidenti Abdulla Gül Suriya və Liviyada yaşananları dəyərləndirərək heç bir avtoritar rejimin indiki dünyada gələcəyinin olmadığını bəyan edib.“Artıq günah bizdən keçdi”“Son illərdə ən çox siyasi yatırımımızı Suriyaya yapdıq. Bunu “Suriyanın dəyişməsinə yardımçı ola, kömək edə bilərikmi” deyə saf niyyətlə etdik. Onların güclü, xoşbəxt olması üçün və buna inanaraq etdik: artıq bu günkü dünyada avtoritar idarəçiliyə, təkpartiyalı iqtidarlara, qapalı rejimlərə yer yoxdur. Bunlar ya zorla dəyişəcəklər, ya da dövlətləri idarə edənlər təşəbbüs göstərib dəyişəcəklər. Biz Türkiyə olaraq bu mövzuda çox çalışdıq. Nazirlər, baş nazir, mən ictimaiyyətin bildiyi və bilmədiyi çox işlər gördük. Düşüncələrimizi çox açıq şəkildə paylaşdıq və ən sonunda xarici işlər nazirimiz Suriyaya səfərində mesajlarımızı “artıq günah bizdən keçdi” dərəcəsində çox açıq və dürüst şəkildə bir daha çatdırdı. Hər kəsin bilməsi vacibdir: biz təbii ki, Suriya xalqının yanındayıq, xalqların yanındayıq. Əsas olan xalqdır” – deyə Gül “Anadolu” agentliyinə müsahibəsində bildirib.“Suriya xalqının təhlükəsizliyi bizim üçün çox önəmli”Türkiyə prezidenti jurnalistin sualına cavab olaraq deyib ki, Suriyadakı vəziyyətlə bağlı hər gün müfəssəl kəşfiyyat məlumatları alır və nə baş verdiyini diqqətlə izləyir: “Mənə gündəlik kəşfiyyat məlumatları gəlir. Suriya ilə əlaqədar - hansı rayonda, qəsəbədə nə olur, harada nümayiş keçirilir, təhlükəsizlik qüvələri insanlara necə atəş açır, neçə nəfər ölür, neçə nəfər yaralanır - səhifələrlə çox detallı kəşfiyyat məlumatları alıram. Oradakı hadisələri başlayan gündən bəri diqqətlə izləyirik, çünki qonşumuzda baş verir”.Gül Suriyada yaşananlardan üzüldüklərini də dilə gətirib: “Gerçəkdən çox üzüntü duyuruq. Olayların “bitdi” deyildiyi yerində yenə 17 insan ölüb. Daha nə qədər öləcək? Açığı, hər şeyin çox az və çox gec olduğu bir səhifəyə gəldiyini görürəm. Bizim etimadımız itmiş vəziyyətdə. Suriya xalqının təhlükəsizliyi, xoşbəxtliyi, yaxşılığı bizim üçün çox önəmli”.“Liviya yaxşı idarəçilik altında dünyanın ən firəvan ölkəsi olardı”Türkiyə prezidenti Liviya ilə bağlı da eyni sözləri söyləyə biləcəyini deyib. “Liviyadakı rejimin davam etməsi mümkün deyil, zatən. Aralıq dənizi boyunca iki min kilometr sahili, dünyanın ən zəngin neftinə sahib və azsaylı əhalisi olan bir ölkə yaxşı bir idarəçilik altında dünyanın ən firəvan ölkəsi olardı. Liviyanın uzun illər bir nəfər avtoritar şəxsin təkbaşına idarəçiliyində qalması zatən, ağıla sığmaz vəziyyətdir. Necə oldu bu qədər uzun müddət çəkdi, anlamaq mümkün deyil.

Ümid edirik; yeni Liviya qurularkən hər hansı daxili çəkişmə, enerjini boşa xərcləmək olmayacaq. Bunun üçün Türkiyə çox fəal şəkildə öncüllük etmək istəyir, bilirsiniz. Milli Keçid Şurasının sədri Türkiyəyə səfər etdi, mənimlə, baş nazirlə görüşdü. Xarici işlər nazirimiz bir neçə gün öncə Binqazidə idi. Liviyalı qardaşlarımıza ən böyük yardımları edirik. Ölkələrini siyasi və maddi baxımdan yenidən qurmaları üçün hər cür yardım göstəririk, göstərməyə davam edəcəyik”, - deyə Abdulla Gül bildirib.

/// Azadlıq qəzeti 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi