Qeyd edək ki, bu günkü piketə qərar verən gənclər bunun “11 Mart - Böyük Xalq Günü” aksiyasının davamı olacağını bəyan etmişdilər.
Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu cür addımları pisləyərək deyib:
“Heç bir icazəsiz aksiyadan söhbət gedə bilməz. Universitetdə həyat öz axarında davam edir. Tələbələrin dərsə davamiyyəti 99 faiz təşkil edir. Əksinə, tələbələr davamlı şəkildə mənə müraciət edirlər ki, bir qrup gəncin belə pozuculuq əməllərindən hiddətləniblər və özləri buna qarşı aksiya keçirmək istəyirlər. Sadəcə, biz buna əhəmiyyət vermək istəmirik.
Bakı Dövlət Universitetinin 22 minlik heyəti ölkə prezidenti İlham Əliyevi dəstəkləyir”.
A.Məhərrəmov deyib ki, BDU-nun bir nəfər də tələbəsi 11-12 mart aksiyalarında iştirak etməyib və etməyəcək.
Rektorun geniş açıqlaması bir qədər sonra yazıya əlavə olunacaq.