Abel Məhərrəmov tələbələrlə söhbət edib

GƏNCLİK
14:57 24.01.2011
2356

 

Universitetin Mətbuat xidmətindən verilən xəbərə görə, imtahan prosesini izləyən rektor, akademik Abel Məhərrəmov tələbələrlə söhbət edib, suallarla maraqlanıb.

İmtahan MFTİ-nin əməkdaşları Slobodyanin Valeriy Pavloviç və Nazar Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Müsabiqədən keçmiş tələbələr fevral ayından etibarən təhsillərini adıçəkilən institutun müvafiq fakültələrində davam etdirəcəklər. MFTİ müsabiqənin 2 nəfər qalibini öz hesabına oxutmaq niyyətindədir. Əgər müsabiqədən keçənlərin sayı 2 nəfərdən çox olarsa, onların təhsillərini Azərbaycan dövləti öz üzərinə götürəcək.

Qeyd edək ki, Fizika fakültəsindən 7, Geologiya və Kimya fakültələrinin hər birindən isə 5 magistrin qatıldığı imtahan sualları MFTİ tərəfindən tərtib edilib.

OXŞAR XƏBƏRLƏR