Bakı Dövlət Universiteti (BDU) Qubada universitetə məzsus binanın yanması ilə bağlı açıqlama yayıb.
BDU-nun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumatda bilirilir ki, yanan Quba-Tədris-Təcrübə Bazasının təxminən 600 metrlik məsafəsində Bazanın taxta konstruksiyadan ibarət köhnə binası olub. Həmin binada əvvəllər məcburi köçkünlər məskunlaşıb. Onların 4 ay bundan əvvəl başqa əraziyə köçürülməsindən sonra bina boş və istifadəyə yararsız qəza vəziyyətində idi. Ötən gün həmin binada yangın baş verib. Yangın baş verən binanın bir hissəsində söküntü işləri aparılıb, tam şəkildə söküntüsü isə bu günlərdə başa çatdırılmalı idi. Binada baş verən yanğına səbəb uzun müddətdir ki, elektrik naqillərinin istifadəyə yararsızlığı ehtimal olunur. BDU-nun rektoru, akademik Abel Məhərrəmov hadisə yerində olub. Faktla bağlı araşdırma aparılır. Məlumatda o da bilirilir ki, yaxın günlərdə Quba rayonunun II Nügədi kəndində Bakı Dövlət Universitetinə məxsus 500 nəfərlik Quba Tədris-Təcrübə və İstirahət bazasının açılışı nəzərdə tutulur. Artıq binada son tamamlama işləri aparılır və yaxın günlərdə universitet kollektivinin istifadəsinə veriləcək.
