Bu gün Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, 20 yanvar Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılıb: “Belə faciələr tarixdə çox az olur. Onlardan biri də Azərbaycanın qismətinə yazıldı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus-sovet imperiyasının ağır hərbi texnika ilə silahlanmış ordusu 4 istiqamətdən şəhərə soxularaq əliyalın dinc əhalini gülləboran etdi. Həmin gecə 137 nəfər həlak oldu, 700 nəfər yaralandı”.
Mərasim universitetin müəllim və tələbələrinin 20 Yanvarla bağlı çıxışları ilə davam etdirilib.