Abel Məhərrəmov Bundestaq üzvlərini qəbul etdi (FOTOLAR)

Abel Məhərrəmov Bundestaq üzvlərini qəbul etdi (FOTOLAR)
GƏNCLİK
19:15 07.10.2011
1848

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Alman Bundestaqının “Beynəlxalq Parlament Təqaüdü (İPS)” proqramı üçün iştirakçıları seçmək məqsədilə Bakıda səfərdə olan Almaniya parlamentinin üzvü Şteffen-Klaudio Lemmenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM-un məlumatına görə, rektor universitet haqqında qonaqlara ətraflı məlumat verib. Almaniya parlamentinin üzvü Şteffen Klaudio Lemme “Beynəlxalq Parlament Təqaüdü (İPS)” proqramı haqqında danışıb. Onun sözlərindən məlum olub ki, Azərbaycandan olan 5 nəfər ali məktəb məzunu hər hansı bir Bundestaq deputatının yanında bir neçə ay fəaliyyət göstərəcək və bu da onlara qərar qəbulu proseslərini intensiv şəkildə izləmək imkanı verəcək. Deputat onu da bildirib ki, proqram iştirakçılarının Berlin universitetlərində təhsil almaq şansları da olacaq. Qeyd edək ki, bu proqramda hər il 28 ölkədən 120 nəfər iştirak edir.

Adıçəkilən proqrama dəyər verdiyini söyləyən akademik Abel Məhərrəmov bildirib ki, tələbələrin parlamentdə təhsil keçmələri və düşüncələrinin bir müstəviyə gətirilməsi qloballaşan dünyada əsas məsələlərdən biridir. Rektor, Azərbaycandan seçilən tələbələrin Almaniya parlamentində təcrübə keçib həmin təcrübəni Azərbaycana gətirəcəklərinə əmin olduğunu vurğulayıb.Berlin Açıq Universitetinin Prorektoru və Fiziki Coğrafiya kafedrasının professoru xanım Briqitta Schutt təmsil etdiyi universitetdə Xəzər dənizi üzrə tədqiqat mərkəzinin olduğunu və gələcəkdə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq memorandumunun imzalanmasında maraqlı olduqlarını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü