Bakı Dövlət Unversiteinin rektoru, deputat Abel Məhərərmov Milli Məclisin 13 noyabr iclasında çıxış edərək deyib ki, magistatura və doktoranturada oxuyanlar hərbi xidmətdən azad olunmalıdır: "Onların hərbi xidmətdən azad olunma məsələsi üzərində ciddi düşünülməlidir. Yoxsa bu, bizi ölümə aparacaq".
Rektor xaricdə dövlət heabına oxumağa göndərilən tələbələrin təhsilini bitirdikdən sonra ölkəyə qayıtmamalrından narazlıq edib.
"Xaricə tələblər göndərilir. Yoxlanılıb ki, o göndərilən tələbələrdən hansı biri universitetdə işləyir? Biz o tələbələri göndəririk ki, gedib orada təcrübəni öyrənsinlər və gəlib ölkədə tətbiq etsinlər. Amma xaricdə oxumağa gedən qayıdıb işləmir. Hökümət o tələbələrə bu qədər pul ayrır. Bu pulun hesabına texnika alıb universiteti inkişaf etdirərəm"-deyə A.Məhərrəmov qeyd edib.
Universitetin yataqxana problemindən danışan rektor-deputat deyib: "Deyirsiniz ki, universitet niyə qabağa gedə bilmir? Mən cavab verirəm. Dünyada 150 min universitet var. 20 min top universtet arasında bizim yerimiz 602-cidir. Biz 100 balı yataqxanaya görə ala bilmirik. 15-20 min tələb oxumaq istəyir, amma yataqxanamız yoxdur" (kanal13).