"Jurnalistlərin sorğularına gec cavab verdiyimiz üçün jurnalistlər bizi məhkəməyə veribler. Artıq bununla bağlı bir neçə məhkəmə işimiz var" AZXEBER.COM-un məlumatına görə, bu sözləri Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Nəsir İmanquliyevin 100 illik yubileyinə həsr olunan "Azərbaycan jurnalistikası qloballaşma dövründə:qaynaqlar və perspektivlərə baxış" adlı Respublika elmi praktik konfransn plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu yaxınlarda universitet müəllimlərinin imzaladığı müraciət mətbuatda səs-küyə səbəb olub və jurnalistler həmin müraciəti imzalayanaların siyahiısını teleb ediblər: "Sorğuya bir həftə ərzində yox bir gün gec cavab verdiyimiz üçün isə jurnalistlər bizi məhkəməyə veriblər"
Xatırladaq ki, bundan əvvəl 245 BDU müəlliminin Ziyalılar Forumuna və Rafiq Əliyevə qarşı müraciəti yayılmışdı. Daha sonra həmin ziyalıların adı ictimaiyyətə açıqlanmışdı.