Abel Məhərrəmov koreyalılarla görüşdü

Abel Məhərrəmov koreyalılarla görüşdü
Bütün Xəbərlər
14:09 17.08.2012
1146
Bu gün Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzinin yenidənqurulmadan sonrakı açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2008-ci ilin dekabrın 17-də açılmış Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzinin Azərbaycan Dövləti ilə Cənubi Koreya Dövlətinin dostluğunun bir rəmzi olduğunu deyib. BDU-dan AZXEBER.COM-a verilən məlumata görə, mərkəz haqqında tədbir iştirakçılarına məlumat verən rektor, 3 otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzində Seminar otağı, İnformasiya – Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası və İnternet zalının fəaliyyət göstərdiyini vurğulayıb. O, bildirib ki, İnformasiya – Kommunikasiya Texnologiyaları üzrə Treninq Laboratoriyası 75 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub.  İnternet zalı isə öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatları əldə etmələri məqsədinə xidmət edir. Rektorun sözlərindən o da məlum olub ki,  Azərbaycan-Koreya İnformasiya  təminatı Mərkəzində Beynəlxalq konfranslar və seminarlar keçirilir. Məsələn, BMT tərəfindən  maliyyələşdirilən  Beynəlxalq  İqtisadiyyat Universiteti   ildə bir dəfə bir həftəlik İqtisadiyyat  üzrə  Beynəlxalq konfransı bu mərkəzdə keçirir. Eyni zamanda bu mərkəzdə Rusiyadan, Ukraynadan, Türkiyədən  və s. dəvət olunan  alimlərin də  seminarları təşkil  olunur. Bunlarla  yanaşı olaraq hər həftə proqramlaşdırma dillərinə və İnternet texnologiyalarına daha mükəmməl yiyələnmək üçün bu  mərkəzdə tələbələrin və müəllimlərin seminarları keçirilir. Həmçinin Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzində elmi ad almaq  üçün dissertant və doktorantların müdafiəsi də təşkil olunur və onlar müdafiə zamanı müasir kompüter avadanlıqlarından istifadə edirlər. Bakı Dövlət Universiteti ilə Cənubi Koreya Universitetləri arasında elmi və təhsil sahəsindəki əməkdaşlığın gün-gündən genişləndiyini deyən akademik, Tətbiqi riyaziyyat fakültəsinin bir çox tələbələrinin Cənubi Koreyanın KAİST Universitetində təhsillərini müvəffəqiyyətlə davam etdirdiklərini xatırladıb. Qeyd edək ki, yenidənqurulmadan sonra mərkəz   30 ən müasir kompüterlə təmin olunub. Təmir və təchizat işləri isə əvəzsiz olaraq (BDU tərəfindən vəsait ödənilmədən) həyata keçirilib. Öz çıxışında Koreya Respublikasının Dövlət İdarəçiliyi və Təhlükəsizlik    Nazirinin müavini cənab Seo Pil Eon Azərbaycanın ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya təminatı Mərkəzinin yenidənqurulmadan sonrakı açılış mərasimində iştirakından qürur duyduğunu deyib. Qonaq bu mərkəzin Azərbaycanın informasiya texnologiyaları sahəsində inkişafına dəstək verəcəyini bildirib. Xatırladaq ki, açılış mərasimində   Koreya Respublikası tərəfindən İnformasiya texnologiyalarının yayılmasının   planlaşdırılması və  əlaqələndirilməsi şöbəsinin müdiri cənab Ryu İm Çul, Beynəlxalq İnzibati İnkişaf  Mərkəzinin müdiri cənab Ko Vung Coi, İnformasiya texnologiyalarının yayılmasının planlaşdırılması və əlaqələndirilməsi şöbəsinin müdir müavini cənab Park Cin So, İnformasiya texnologiyalarının yayılmasının  planlaşdırılması   və əlaqələndirilməsi şöbəsinin köməkçi direktoru xanım Kvak Bo Hyun, Koreya Respublikasının Azərbaycan Respublikasındakı  Fövqəladə və Səlahiyyətli səfiri cənab Lee Ci Ha, Azərbaycan Respublikası tərəfindən isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini  cənab Elmir Vəlizadə, Bakı Dövlət Universitetinin prorektorları və müəllim-professor heyəti iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq
14:47 19.06.2025
Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq