Abel Məhərrəmovun işdən çıxarılmasının - Sensasion səbəbİ

Abel Məhərrəmovun işdən çıxarılmasının - Sensasion səbəbİ
SOSİAL
16:24 15.11.2018
38078
Prezident İlham Əliyev BDU-nun rektoru Abel Məhərrəmovu vəzifəsindən azad edib
 
AZXEBER.COM xəbər verir ki, Musavat.com saytı rektorun işdən çıxarılması ilə bağlı sensasion məlumatlar yayıb. Həmin məlumatlara görə, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.

Məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər "maraqlı macəralar”la zəngin olub.

Əvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin - nümayəndə heyətinin  tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu "yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin "Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə,  gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə "haqq-hesab çürütmək” fikrinə düşüb. "Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Bəs A.Məhərrəmovu özündən çıxaran o məşum səbəb nə imiş? Deyilənə görə, Azərbaycanın İspaniyadakı səfiri, hörmətli akademikin oğlu Anar Məhərrəmovla şeyxin qudası Əli Evsen adlı iş adamı arasında olan ixtilaflar ucbatından baş verən bəzi "hörmətsizlik”lər onu özündən çıxarıb. Abel müəllimin fikrincə, Əli Evsen ona və oğluna lazımi diqqət göstərməyib. Hətta Abel müəllim o gecə qeyzlənərək lovğa-lovğa söyləyirmiş: "BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm.” Mənbəmizin verdiyi məlumata görə, A.Məhərrəmov hətta şeyxi gecəyarı qaldığı nömrədən çıxararaq qudasına "tərbiyə” verməsi” tələbi ilə  restorana gətizdirib.

Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz  sözlər səsləndirib. Mənbəmizin dediyinə görə, orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyir və rişxəndlə gülürdülər.

Bütün bunlardan sonra yəqin ki, A.Məhərrəmov özünün və oğlunun taleyini həll edib. Daha bundan sonra minlərlə tələbənin oxuduğu və çoxsaylı ziyalının işlədiyi BDU ona etibar edilməyəcək. Atalar demişkən artıq tamah baş yarar. Abel müəllimin də tamahı özünün və oğlunun başını beləcə yardı.

Qeyd edək ki, A. Məhərrəmov 1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilib, oğlu Anar Məhərrəmov isə 2016-cı ildə İspaniya Krallığına fövqəladə və səlahiyyətli səfir göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir
12:29 10.07.2026
Qarabağ Universiteti Britaniya universitetləri ilə əməkdaşlığı genişləndirir