Abituriyentlər verdi, indi də müəllimlər imtahan verir
GƏNCLİK
05:20 08.08.2011
2129
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə avqustun 8-dən başlayan imtahanlar avqustun 11-dək davam edəcək.
Namizədlər Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ixtisaslar üzrə elektron imtahan verirlər. Bu gün səhər saat 9-da başlayan imtahanlar axşam saat 6-dək davam edəcək. Hər bir müəllim kompüter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək.