Abituriyentlər ixtisas seçimində bunlara diqqət etməlidir: Əks halda tələbə adını ala bilməyəcəklər

Abituriyentlər ixtisas seçimində bunlara diqqət etməlidir: Əks halda tələbə adını ala bilməyəcəklər
SOSİAL
14:39 20.07.2026
993
Qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra abituriyentlər üçün ən məsuliyyətli mərhələlərdən biri - ixtisas seçimi başlayır. Bəzən yüksək bal toplamaq qəbul üçün hər zaman kifayət etmir. Belə ki, ötən illərin statistikası göstərir ki, bəzi abituriyentlər yanlış ixtisas seçimi səbəbindən yüksək nəticə əldə etsələr belə, tələbə adını qazana bilməyiblər. 

Bəs ixtisas seçimi zamanı hansı məqamlara diqqət yetirilməlidir və hansı ixtisasları seçərkən daha ehtiyatlı davranmaq lazımdır?

Təhsil eksperti Qoşqar Bəylərov AZXEBER.COM-a açıqlamasında deyib ki, ixtisas seçimi çox ciddi bir prosesdir:

"İxtisas seçimi ümumiyyətlə çox ciddi bir prosesdir. Burada həm valideynlər, həm də abituriyentlər mümkün qədər diqqətli olmalıdırlar. Çünki bu seçim abituriyentin gələcəyini və peşə yolunu müəyyən edən ən vacib mərhələlərdən biridir.
Belə hallarda ixtisas seçimində yalnız bala əsaslanaraq qərar vermək düzgün yanaşma deyil. Həm bal məsələsi, həm də abituriyentin maraq dairəsi, istəkləri və gələcək hədəfləri nəzərə alınmalıdır. Bu istiqamətdə söhbətləri müəllimlər, ixtisas seçimi üzrə mütəxəssislər və ya valideynlər aparmalı, abituriyentə düzgün istiqamət verməlidirlər”.

O deyib ki, bu il bəzi müəllimlik ixtisaslarında plan yerlərinin kifayət qədər azaldılması gözlənilir:

"Plan yerlərində gözlənilən dəyişikliklərə gəlincə, bu il bəzi müəllimlik ixtisaslarında plan yerlərinin kifayət qədər azaldılması gözlənilir. Bu azalma müəllimlik ixtisaslarda hətta təxminən 50 faizə qədər ola bilər. Bu isə həmin ixtisaslarda keçid ballarının artacağı ehtimalını yüksəldir. Müəllimlik ixtisaslarını seçmək istəyən abituriyentlər bu məqama xüsusi diqqət yetirməlidirlər. Çünki plan yerlərinin azalması qəbul rəqabətini daha da artıracaq.

Müəllimlik ixtisaslarında plan yerlərinin azaldılması o deməkdir ki, ali təhsil müəssisələri ümumi tələbə sayını qorumaq üçün digər ixtisaslarda plan yerlərini artırmalı olacaqlar. 3-cü qrupda müəlliklik ixtisaslarında ballar artsa da, digər ixtisaslarda balların düşməsi gözlənilir”.
 


Təhsil eksperti bildirib ki, ikinci qrup üzrə keçid ballarının yüksəlməsi gözlənilir:

"Keçid ballarının artması və ya azalmasını proqnozlaşdırarkən illər üzrə statistika da nəzərə alınmalıdır. Məsələn, üçüncü ixtisas qrupunda bu il müraciət edənlərin sayı ötən illə müqayisədə daha azdır. Bu da həmin qrupda bəzi ixtisaslar üzrə keçid ballarının müəyyən qədər enə biləcəyini göstərir.
İkinci ixtisas qrupunda isə vəziyyət əksinədir. Ötən illə müqayisədə müraciət edənlərin sayında təxminən 3 min nəfərlik artım var. Bu səbəbdən həmin qrup üzrə keçid ballarının yüksəlməsi gözlənilir. Xüsusilə də 150 bal ilə qəbul aparılan biznesin idarə edilməsi, marketinq, turizm işinin təşkili və turizm bələdçiliyi kimi ixtisaslarda keçid ballarının artacağı ehtimal olunur”.

Q.Bəylərov vurğulayıb ki, ixtisas seçimində bütün seçim hüquqlarından istifadə edilməlidir:

"Bəzən elə olur ki, abituriyent yüksək bal toplasa da, ali təhsil müəssisəsinə qəbul ola bilmir. Bunun əsas səbəblərindən biri ixtisas seçiminin düzgün aparılmamasıdır. Abituriyent bu prosesi özü həyata keçirir, lakin kifayət qədər məlumatlı olmadıqda ciddi səhvlərə yol verə bilər. Bəzi ixtisaslarda respublika fənn olimpiadalarının qalibləri imtahansız qəbul olunurlar. Belə hallardan biri isə keçən il baş vermişdi. Belə ki,  kompüter mühəndisliyi ixtisası üzrə 20 plan yerindən 19-u olimpiada qalibləri tərəfindən tutulmuşdu. Nəticədə yalnız bir nəfər müsabiqə yolu ilə qəbul olmuşdu və onun da balı 692 idi. Amma 685 bal toplayan bir abituriyent yalnız həmin ixtisası seçsə idi, kəsilə bilərdi. 

Ona görə də ixtisas seçimində bütün seçim hüquqlarından istifadə edilməlidir. Seçim siyahısı yuxarıdan aşağıya doğru düzgün ardıcıllıqla tərtib olunmalıdır. İlk sıralarda abituriyentin balına və istəyinə uyğun, daha çox arzuladığı ixtisaslar yer almalıdır. Sonrakı hissədə real qəbul ola biləcəyi ixtisaslar, siyahının son 4-5 pilləsində isə qəbul olunma ehtimalı yüksək olan, daha aşağı keçid ballı ixtisaslar göstərilməlidir. Bu yanaşma qəbuldan kənarda qalmaq riskini əhəmiyyətli dərəcədə azaldır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı