Ali məktəblərin bakalavr pilləsinə qəbulla bağlı keçirilən müsabiqədə uğur qazanan abituriyentlərin qeydiyyat müddəti bu gün başa çatır.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər.Məlumata görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunan vaxta qədər bu proseduru başa çatdırmalıdırlar.Əgər onlar bu gün qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.