Abort etdirən qadınlarda böyük problemlər yaranır: Depressiya, narkotik maddələr...

SAĞLAMLIQ
13:21 06.07.2022
343
Mütəxəssislərin fikrincə, abort və qadınların psixi sağlamlığı ilə bağlı miflər geniş yayılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrinə görə, abort etmək qadının psixi sağlamlığına, ciddi zərər verə bilər.
   
Sosial psixoloq Brenda Major deyib ki: "Abortla bağlı yanlış məlumatlar və çoxlu miflər var. Abort narkotik maddələrdən sui-istifadəyə, depressiyaya, intihar düşüncələrinə səbəb ola bilir. Həmçinin bu sizin sağlamlığınız üçün pisdir. Hər bir qadın peşman olacaq". 

2008-ci ildə Amerika Psixoloji Dərnəyinin abort və psixi sağlamlıq elmini araşdıran işçi qrupuna rəhbərlik edən Mayor, əslində, onilliklər ərzində aparılan tədqiqatlar nəticəsində qadınların böyük əksəriyyətinin düzgün seçim etdiklərini hiss etdiyini və peşman olmadıqların söyləyib.

Qeyd edək ki, son beş il ərzində qadınlardan hər altı ayda bir müsahibə alıblar. Həmin müddətin sonunda belə bir nəticəyə gəlinib ki, abort etdirən qadınların 99%-i düzgün qərar verdiklərini düşünürlər.
 
Oksana

OXŞAR XƏBƏRLƏR