ABŞ Dövlət Departamenti və USAİD-in 2014-cü il üçün nəzərdə tutulan büdcə layihəsi təqdim olunub.
APA-nın ABŞ Dövlət Departamentin saytına istinadən verdiyi məlumata görə, layihədə Azərbaycana ödəniləcək yardımın həcmi 2013-cü illə nisbətdə 778 min dollar azaldılıb.
2013-cü il üçün nəzərdə tutulan layihədə ABŞ-ın Azərbaycana 16330000 dollar həcmində yardım göstərməsi nəzərdə tutulurdusa, 2014-cü ildə bu rəqəm 15555000 dollar təşkil edəcək. Bu məbləğin 11029000 dolları iqtisadi yardım kimi, 1226000 dolları narkotiklərlə mübarizə və hüquq-mühafizə orqanlarına yardım üçün, 600000 dollar beynəlxalq hərbi təlimlər və təhsil üçün, 2700000 dolları isə xarici hərbi yardım kimi nəzərdə tutulur.
ABŞ 2014-cü ildə Ermənistana 30843000 dollar (2013-cü il üçün 36608000 dollar), Gürcüstana isə 60775000 dollar (2013-cü il üçün 68700000 dollar) həcmində yardım göstərəcək.