ABŞ-da COVİD-19 səbəbiylə bir gündə 2 min 624 nəfər ölüb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-da yeni növ koronavirus səbəbiylə ölənlərin sayı son 24 saatda 2 min 624 artaraq 672 min 658-ə çatıb.
Johns Hopkins Universitetinin məlumatına görə, ABŞ-da yoluxanların sayı 41 milyon 995 min nəfəri keçib.
Onu da qeyd edək ki, əhalinin 76 faizindən çoxu ən az bir peyvənd dozasına malikdir.
ABŞ-da COVİD-19 peyvəndi statistikasını izləyən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, yetkin əhalinin yüzdə 76-dan çoxu ən az bir doza, yüzdə 65-i isə iki dozada COVİD-19 peyvəndi alıb.
Ölkədə 211 milyon 97 mindən çox insan birinci, 180 milyon 572 mindən çox insan ikinci doza vaksin peyvəndi olunub.
Ayşən Mirzəyeva