ABŞ-da yoluxma hallarının 95%-i "omikron" ştamı ilə bağlıdır

SAĞLAMLIQ
09:01 06.01.2022
95

"ABŞ-da koronavirusa yoluxma hallarının 95%-i "omikron" ştamı ilə bağlıdır".

Bunu ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Roşel Valenski deyib.

Onun sözlərinə görə, genom ardıcıllığına əsasən, yoluxma hallarının 95%-i "omikron" ştamına, qalan 5% isə "delta" ştamına aiddir..

ABŞ-da son həftədə orta hesabla gündə 491 mindən çox yoluxma aşkarlanıb ki, bu da bir həftə əvvəlkindən 98% çoxdur. Koronavirusa görə hər gün 14 mindən çox insan xəstəxanalara yerləşdirilir. İnfeksiyadan ölənlərin sayı da 5% artaraq gündəlik 1 200 ölümə çatıb.

Report

OXŞAR XƏBƏRLƏR