ABŞ Dağlıq Qarabağ münaqişəsinin güc tətbiqi ilə həllini istəmir

ABŞ Dağlıq Qarabağ münaqişəsinin güc tətbiqi ilə həllini istəmir
Bütün Xəbərlər
10:35 09.04.2013
828

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə iş aparılması siyasətinə əvvəlki tək sadiqdir”.

APA-nın məlumatına görə, bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Patrik Ventrell keçirdiyi brifinqdə səsləndirib. 

“Hesab edirik ki, güc tətbiqi münaqişəni həll etməyəcək və bütün tərəfləri güc tətbiqindən və yaxud güc tətbiqi ilə hədələməkdən çəkinməyə çağırırıq”.

OXŞAR XƏBƏRLƏR