ABŞ-dan Afrin açıqlaması

ABŞ-dan Afrin açıqlaması
DÜNYA
21:17 16.01.2018
1690
İŞİD-ə qarşı qurulan ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin sözçüsü Rayan Dillon Türkiyənin Afrinə planlaşdırdığı əməliyyat barədə açıqlama verib. 
 
 Dillon, Afrinin koalisiya qüvvələrinin əməliyyat keçirdiyi bölgə olmadığını söyləyib:
 
"Biz Əbu-Kamal bölgəsinin şimalı və Fərat çayının şərq sahillərində İŞİD-i məğlub etmək üçün müttəfiqlərimizə dəstək veririk. Qüvvələrimizin İŞİD-i İraq və Suriyanın ərazilərindən çıxarmaq üçün əməliyyatları davam edir”.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Afrinə əməliyyat başlayacağını açıqlamışdı.
 
qafqazinfo
OXŞAR XƏBƏRLƏR