ABŞ-də qızılca epidemiyası: Ölənlərin sayı artdı

ABŞ-də qızılca epidemiyası: Ölənlərin sayı artdı
DÜNYA
14:03 26.11.2026
80
ABŞ-də son illərin ən genişmiqyaslı qızılca epidemiyası davam edir. Bu il ölkə üzrə xəstəlikdən 9 nəfər həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) noyabrın 24-nə olan məlumatına görə, ölkənin 47 bölgəsində ümumilikdə 6 039 qızılca yoluxması qeydə alınıb. Yoluxanlar arasında 18 beynəlxalq ziyarətçi də var.

Məlumata əsasən, xəstələrin 671-i, yəni 11 faizi xəstəxanaya yerləşdirilib. Beş yaşdan kiçik uşaqlar arasında bu göstərici 17 faiz təşkil edib.

Epidemiyadan ən çox Pensilvaniya ştatı təsirlənib. Ştatda 1 679 yoluxma qeydə alınıb. Onlardan 87-si son yeddi gün ərzində aşkarlanıb, 340 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, ABŞ-də qızılca yoluxmalarının sayı son 35 ilin ən yüksək səviyyəsinə çatıb. Xəstəlik nəticəsində 9 nəfər ölüb.

Yoluxma hallarının artmasının əsas səbəblərindən biri peyvənd olunmamış şəxslərdir. Qeyd edək ki, ABŞ 26 ildən sonra ilk dəfə qızılcanı tamamilə aradan qaldırmış ölkə statusunu itirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR