ABŞ-də yaşayan 101 yaşlı Kennet Rem gənc nəslin nümayəndələrinə həyatla bağlı dəyərli tövsiyələr verib.
Bu barədə "People" nəşri məlumat yayıb.
Rem etiraf edib ki, 100 yaşına qədər yaşayacağını heç vaxt düşünməyib. O, uzunömürlülüyünün sirrini xoşbəxt olmaq bacarığında və ətrafındakı insanlara sevgi bəxş etməkdə görür.
"Mənim üçün xoşbəxtlik gözəl evlilik, kompromisə getmək bacarığı və övladlarımın yaxşı yaşadığını bilmək demək idi", - deyə o, uzunömürlülüyünün sirrini açıqlayıb.
Kennet Remin beş övladı, 12 nəvəsi və 11 nəticəsi var. O, ailəsinə həyatda iki vacib şeyi - bir-birini sevməyi və hörmət etməyi öyrətməyə çalışdığını bildirib.
"Bunlar olmadan həyat qat-qat çətindir", - deyə ABŞ sakini əlavə edib.
Rem 2018-ci ildə 67 illik evlilikdən sonra həyat yoldaşını itirdiyini də danışıb. O, həyat yoldaşının vəfatını çox ağır keçirdiyini, lakin birlikdə yaşadıqları bütün gözəl xatirələrə görə ona minnətdar olduğunu vurğulayıb.
///oxu.az///











































