ABŞ donanması üçün həyəcan siqnalı - Əsgərlər piylənir

DÜNYA
19:52 06.09.2019
7045

ABŞ Hərbi Dəniz Qüvvələrinin 20% ekipaj üzvü piylənmədən əziyyət çəkir.

Bu barədə Pentaqonun xüsusi məruzəsində deyilir. Bildirilir ki, piylənmə səbəbindən əsgərlərin döyüş hazırlığı ciddi təhlükədədir. Artıq pəhrizlər və məşqlər də heç bir təsir göstərmir. Əsgərlərin menyusundan yağlı, şirin məmulatlar, içkilər çıxarılıb. Donanmada daimi trenajor zalları açılsa da, piylənmədən əziyyət çəkənlərin sayı artmaqda davam edir. Bu problem donanma əsgərlərində infarkt və insult riskini də artırır.

 

Qeyd edək ki, hesablamalara görə, ötən əsrlə müqayisədə orta statistik amerikalı 14 kiloqram kökəlib. Bu isə diabetə də səbəb olur.

 

Qafqazinfo

OXŞAR XƏBƏRLƏR