ABŞ dörd ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı planlaşdırır

ABŞ dörd ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırmağı planlaşdırır
TOP4
14:27 24.08.2017
1220

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ-ın deportasiya məsələləri üzrə Daxili Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıqdan imtina edən ölkələrin vətəndaşlarına viza verilməsini dayandırmağı planlaşdırır.

Bu barədə "Fox News" xəbər verir.

Nazirlikdən telekanala bildiriblər ki, müvafiq müraciət Dövlət Departamentinə ünvanlanıb. Amma konkret hansı ölkələrdən söhbət getdiyi açıqlanmayıb. Məhdudiyyətlərin deportasiya olunmuş şəxsləri qəbul etməkdən imtina edən və ya bu proseduru təxirə salan ölkələrə şamil ediləcəyi gözlənilir.

CNN telekanalı mənbəyinə istinadən bu ölkələrin Kamboca, Eritreya, Qvineya və Syerra-Leone olduğunu xəbər verib.

OXŞAR XƏBƏRLƏR