ABŞ Dövlət Departamenti təsdiqlədi: 6000-dən çox tələbənin vizası ləğv edildi

ABŞ Dövlət Departamenti təsdiqlədi: 6000-dən çox tələbənin vizası ləğv edildi
DÜNYA
12:42 19.08.2025
158
ABŞ Dövlət Departamenti ilin əvvəlindən 6000-dən çox tələbənin viza müddətinin çoxalması və qanun pozuntuları səbəbindən vizanı ləğv etdiyi barədə xəbərləri təsdiqləyib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, bu viza ləğvlərinin böyük əksəriyyəti "hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmək, oğurluq və terrorizmə dəstək” səbəbindən baş verib.

Bəyanatda qeyd olunub ki, təxminən 4000 vizanın qanun pozuntularına görə, təxminən 200-300 viza isə "terror səbəbilə" ləğv edilib.

ABŞ dövlət katibi Marko Rubio may ayında Fələstin tərəfdarı etiraz və nümayişlərə qatılan tələbələrin viza statusunu nəzərdən keçirdiklərini və vizalarının ləğv ediləcəyini bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR