'ABŞ-ın Azərbaycana qarşı açıq siyasəti gözlənilir' - AÇIQLAMA

Bütün Xəbərlər
13:50 05.01.2012
1345

Xəbər verdiyimiz kimi, Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Bu barədəABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin məlumat verib.

AZXEBER.COM portalı məsələ ilə bağlı politoloq Razi Nurullayevin fikirlərini öyrənib. Politoloq Brayzanın səfir kimi qala bilməməsinin ABŞ-ın Azərbaycanla bağlı siyasətində müəyən dəyişiklər edilməsiylə əlaqələndirib: “Metyu Brayza özünün şəxsi mülahizələrinə dayanaraq siyasət yürütməkdə çətinlik çəkən səfirlərdən biridir. Müəyyən mənada o həm hakimiyyətlə, həm də, müxalifətlə daha çox korrekt davranırdı. Amma bundan sonrakı dönəmdə ola bilər ki, ABŞ-ın Azərbaycanla bağlı siyasətində müəyən dəyişiklər edilsin. Bu dəyişikliklərdən biri də səfirliyin fəaliyyətinin daha da gücləndirilməsi ola bilər. Hətta ABŞ-ın Azərbaycana qarşı açıq siyasəti də gözlənilə bilər.

Razi Nurullayev ABŞ-ın 1 ildən çox bir müddətdə Azərbaycana səfir təyin etməməsinə də, aydınlıq gətirib: “ABŞ-ın son bir ildə Cənubi Qafqazla bağlı siyasəti tam dəqiqliyi ilə müəyyən edilməmişdi. Bu gün isə artıq bu siyasət müəyyən edilib. Artıq ABŞ Cənubi Qafqazda hansı siyasətlə çıxış edəcəyini bilir. Mənim fikrimcə, ABŞ-ın Azərbaycana bundan sonra səfir təyin etməsi gecikməyəcək.

Politoloq Brayzanın Azərbaycanda qısa fəaliyyətininerməni lobbisinin fəaliyyəti ilə əlaqələndirib: “Bu gün Ermənistan lobbisinin fəaliyyəti uğurla nəticələndi. Bildiyiniz kimi, Brayzanın Azərbaycana gəlməməsi üçün lobbi xüsusi olaraq onun xanımının Türkiyə vətəndaşı olmasını iddia edirdi. Təbii ki, Brayzanın səfir kimi müddətinin uzadılmamasının erməni lobbisi ilə birmənalı şəkildə əlaqəsi var”.

OXŞAR XƏBƏRLƏR