ABŞ-ın Azərbaycandakı səfirliyində yenilik

ABŞ-ın Azərbaycandakı səfirliyində yenilik
Bütün Xəbərlər
17:35 05.12.2012
862
Dekabrın 5-də ABŞ-ın Bakıdakı səfirliyi məlumat yayıb. 
Məlumatda deyilir ki, dekabrın 27-dən viza üçün müraciət və gün təyini qaydası dəyişir: “Dəyişikliyin bir hissəsi olaraq ərizəçilər viza müsahibəsinə yazılmazdan əvvəl rüsum ödəyəcəklər: “27 dekabr 2012-ci ildən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilərlər. Müsahibələr 3 yanvar 2013-cü ildən başlayacaq”.
Məlumatda o da deyilir ki, səfirliyin konsulluq şöbəsi 27 dekabr 2012-ci ildən 3 yanvar 2013-cü ilədək viza xidmətlərini dayandıracaq: “Yalnız fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək. Müraciət [email protected]/* */ elektron poçtuna göndərilməlidir”.
OXŞAR XƏBƏRLƏR