ABŞ-ın vitse-prezidentinin məsləhətçisi COVID-19-a yoluxub

ABŞ-ın vitse-prezidentinin məsləhətçisi COVID-19-a yoluxub
DÜNYA
09:57 25.10.2020
626
ABŞ-ın vitse-prezidenti Maykl Pensin məsləhətçisində koronavirus aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg” bildirib.

Məlumata görə, vitse-prezidentin məsləhətçisi Marti Obst COVID-19-a yoluxub.

Agentlik vurğulayıb ki, Obst administrasiyanın əməkdaşları sırasına daxil deyil, amma Pensin yaxın ətrafına daxildir və onunla tez-tez görüşür.

ABŞ-da bir gün əvvəl koronavirusa sutka ərzində rekord - 83 757 yoluxma aşkar edilib.

OXŞAR XƏBƏRLƏR