ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
SİYASƏT
16:47 18.09.2026
86
ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizaları təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, vizalar həm İranın əsas nümayəndə heyətinə, həm də onların fəaliyyəti üçün zəruri hesab edilən müşayiətçi heyətə verilib.

Politoloq Sədrəddin Soltan AZXEBER.COM-a açıqlamasında deyib ki, bu, İranın çağdaş tarixində ilk hal deyil:

"BMT Baş Assambleyasının növbəti sessiyasında İranın nümayəndə heyətinin, yəni Prezident Məsud Pezeşkianın və xarici işlər naziri Abbas Arakçının iştirak etməsi gözlənilir. Bu, İranın çağdaş tarixində ilk hal deyil. Çünki ondan əvvəl Həsən Ruhaniyə, Məhəmməd Xatəmiyə və Mahmud Əhmədinejada da BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ tərəfindən viza verilmişdir. Əvvəlki prezidentlərin Nyu-Yorka səfəri zamanı ABŞ rəsmiləri onlarla görüşmüşdü.  Hətta Məhəmməd Xatəmi ilə görüşməyə cəhdlər olub.  Eyni zamanda ABŞ-nin keçmiş prezidenti Bill Klinton Baş Assambleyasının toplantısında o vaxtkı İran Prezidenti Məhəmməd Hatəminin nitqinə qulaq asmaq üçün gəlib”. 


O qeyd edib ki, görüşlərin ABŞ-İran münasibətlərinin normallaşması üçün hər hansı müsbət təsiri olacağı ehtimalı çox azdır:

"Sadəcə olaraq, indiki şərait əvvəlkilərdən fərqlənir. Çünki bu sessiyada İran nümayəndəliyi ABŞ ilə münasibətlərin gərgin olduğu bir vəziyyətdə iştirak edir. Onlar BMT kürsüsündən imkan daxilində mövcud vəziyyəti çatdırmağa çalışacaqlar. İndiki şəraitdə də ehtimal etmək olar ki, ABŞ Dövlət Departamentinin əməkdaşları, yaxud başqa qurumun təmsilçiləri Məsud Pezeşkian və Abbas Əraqçi ilə görüşməyə cəhd etsinlər. 
Belə bir görüşün ABŞ-İran münasibətlərinin normallaşması üçün hər hansı müsbət təsiri olacağı ehtimalı çox az olar.  Sadəcə olaraq, bu, münasibətlərin vəziyyətini BMT tribunasından dünya dövlətlərinə çatdırmaq üçün imkan yaranacaq. Toplantı çərçivəsində, ABŞ və İran nümayəndələri arasında təmas olarsa, bunu tərəflər arasında münasibətlərin normallaşması istiqamətində müəyyən uğurlu addımların atılması kimi qiymətləndirmək olar”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu Yorkda öz işinə başlayıb. Yüksək Səviyyəli Liderlər sammiti həftəsi isə sentyabrın 22-də start götürəcək.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü