ABŞ-İran qarşıdurmasının Avropadakı ən böyük qurbanı bəlli oldu
DÜNYA
22:01 15.04.2026
110
ABŞ və İran arasında münaqişə fonunda Avropada ən çox zərər görə biləcək ölkənin İtaliya olduğu bildirilib.
Bu barədə "Sky TG24" telekanalı məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazında gəmiçiliyin pozulması səbəbindən İtaliyada qiymətlərin əlavə olaraq 1,1 faiz artacağı gözlənilir ki, bu da avrozona üzrə orta göstəricidən (0,6 faiz) yüksəkdir.
Eyni zamanda, ölkədə bu il iqtisadi artımın ən aşağı səviyyədə olacağı proqnozlaşdırılır. Qeyd olunur ki, İtaliyada enerji tələbatının 35,1 faizi qazın payına düşür və tədarük problemləri Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlıdır.
Xatırladaq ki, İran ABŞ və İsrailin hərbi əməliyyatlarına cavab olaraq Hörmüz boğazını faktiki olaraq bağladığını elan edib. Bu isə qlobal enerji tədarükünə ciddi təsir göstərib.