ABŞ ordusu İrana qarşı yeni zərbələr dalğasına başlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Şərq vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00-da - red.) ABŞ qoşunları İranın hərbi potensialını daha da zəiflətmək məqsədilə ardıcıl beşinci gecə olaraq bu ölkəyə qarşı yeni zərbələr dalğasına başlayıb" , - deyə paylaşımda vurğulanır.