ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama

ABŞ İrana zərbə endirsə, nələr baş verəcək? – Politoloqdan açıqlama
SİYASƏT
15:49 16.07.2026
270
ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, İran Silahlı Qüvvələri bölgədəki ABŞ hədəflərinə zərbələr endirəcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ-nin təhdidləri həyata keçiriləcəyi təqdirdə, bölgədəki ABŞ-yə məxsus bütün infrastruktur İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcək.

Politoloq Mətin Məmmədli AZXEBER.COM-a açıqlamasında deyib ki, sözügedən hadisə baş verərsə, bu müharibənin miqyasını da xarakter etibarilə dəyişə bilər:

"Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın İranın infrastrukturuna zərbələr endirməklə bağlı təhdidləri reallaşarsa, bu, müharibənin miqyasını da xarakter etibarilə dəyişə bilər. Xüsusilə də nəzərə alsaq ki, İranın enerji infrastrukturuna və əsas logistika xətlərinə zərbələr endirilərsə, tərəflər arasında müharibəni xeyli genişləndirə bilər. Ona görə də nəzərə almaq lazımdır ki,ABŞ bu günə qədər İranın kritik enerji infrastrukturuna zərbələr endirməkdən çəkinib”.


Politoloq vurğulayıb ki, ABŞ-nin zərbələri İran üçün sosial-iqtisadi baxımdan fəlakətli nəticələr doğura bilər:

"Bu, İran üçün sosial-iqtisadi baxımdan fəlakətli nəticələr doğura bilər. Belə bir zərbə olacağı təqdirdə İran da, təbii ki, öz təhlükəsizliyini qorumaq üçün bütün vasitələrdən istifadə edərək ABŞ-yə, onun regiondakı hərbi bazalarına və müttəfiqlərinə qarşı cavab verməyə çalışacaq.
Təbii ki, bu, ABŞ üçün də müəyyən risklər və təhdidlər yaradır. Hazırkı mərhələdə tərəflər əsas məsələlər üzrə hər hansı formada razılığa, kompromisə gələ bilmirlər. Danışıqların uğursuzluqla nəticələnməsi isə müharibədə eskalasiya riskini xeyli artırır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR