ABŞ İsraildən 120 nəfəri evakuasiya edib

ABŞ İsraildən 120 nəfəri evakuasiya edib
DÜNYA
22:50 13.05.2021
634
Amerika rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.

AZXEBER.COM-un məlumatına görə, bunu " CNN” televiziyasının jurnalisti Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün tvitterində yazıb.

Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarə ilə İsrail ərazisini tərk edib. Onlar Almaniyaya aparılıblar.

OXŞAR XƏBƏRLƏR