ABŞ hakimiyyəti Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresa qarşı yeni cinayət ittihamları irəli sürməyə hazırlaşır.
Bu barədə CNN məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Nyu-York prokurorluğunun Maduro və həyat yoldaşını son illərdə Venesuelada saxlanılan ABŞ vətəndaşlarına işgəncə verilməsi ilə bağlı ittiham etməsi gözlənilir.
ABŞ hökumətinin iddiasına əsasən, Maduronun hakimiyyəti dövründə 10-dan çox amerikalı Venesuela həbsxanalarında qanunsuz saxlanılıb.
CNN bildirir ki, yeni ittihamların oktyabrın 8-də elan olunması mümkündür.
Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ-dan Maduronun mümkün qədər tez azad edilməsini tələb edib.
"Associated Press” agentliyinin məlumatına görə, Nyu-York məhkəməsi Maduro və həyat yoldaşının işi üzrə məhkəmə prosesinin başlanmasını 2027-ci il iyunun 1-nə təyin edib.
///teleqraf///










































