"ABŞ-nin etdikləri diplomatiyaya xəyanətdir" - Abbas Eraqçi

"ABŞ-nin etdikləri diplomatiyaya xəyanətdir" - Abbas Eraqçi
SİYASƏT
15:01 21.06.2025
317
İranın xarici işlər naziri Abbas Eraqçi diplomatik həll üçün ABŞ ilə masa arxasında oturmağın çətinləşdiyini bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində yüksək səviyyəli Avropa rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra Amerika mətbuatına müsahibə verən Eraqçi, diplomatik həll üçün ABŞ ilə masa arxasında oturmağın çətinləşdiyini bildirib.

İyunun 15-də Tehran və Vaşinqton arasında keçirilməsi planlaşdırılan nüvə müzakirələrindən cəmi bir neçə gün əvvəl İsrailin İrana hava hücumu təşkil etdiyini xatırladan Erakçi, diplomatik danışıqlarda ABŞ-a etibar edilib-edilməyəcəyindən artıq əmin olmadıqlarını qeyd edib.

ABŞ-nin artıq diplomatiya ilə maraqlanmadığını və nüvə danışıqlarından "İsrailin hava hücumlarını ört-basdır etmək" üçün istifadə etdiyini irəli sürən Eraqçi, "Artıq onlara necə güvənəcəyimizi bilmirik. Onların etdikləri diplomatiyaya xəyanətdir" deyə bildirib.

İranlı nazir Erakçi ölkəsinin danışıqlara hazır olduğunu, lakin bunun üçün İsrailin hava hücumlarının dayandırılmasını tələb etdiyini vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR