Amerika hərbçiləri son 12 həftə ərzində İranın dəniz blokadasını pozmağa çalışan və ya İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan 13 ticarət gəmisini məhv edib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Son 12 həftə ərzində CENTCOM blokadanı pozan və ya SEPAH-ın kölgə şəbəkəsinin bir hissəsi olan 13 kommersiya gəmisini məhv edib",- bəyanatda deyilir.
Bundan əlavə, ABŞ komandanlığının məlumatına görə, blokadanın bərpasından bəri hərbçilər 130 kommersiya gəmisini yönləndirib və daha üçü sıradan çıxarılıb.
///report///











































