ABŞ PKK-nın ləğvini alqışlayıb: Bu, sivilizasiya üçün qələbədir

ABŞ PKK-nın ləğvini alqışlayıb: Bu, sivilizasiya üçün qələbədir
DÜNYA
01:27 13.05.2025
270
ABŞ-nin Türkiyədəki səfirliyi PKK terror təşkilatının ləğv edilməsini alqışlayaraq bunu "sivilizasiya üçün qələbə” kimi qiymətləndirib.
Müvafiq bəyanat diplomatik missiyanın sosial şəbəkə hesabında yerləşdirilib.

"Terrorçu qrupların silahı yerə qoyması sivilizasiya üçün hər zaman qələbə təşkil edir. PKK-nın ləğv qərarı bir dönüş nöqtəsi xarakterindədir”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin dövlət katibi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı apararaq bir daha dəstəyini ifadə edib.

"Amerika Birləşmiş Ştatları daimi sülh və təhlükəsizlik yolunda irəliləyən NATO müttəfiqimiz Türkiyənin yanındadır”, – səfirlik qeyd edib.

"Sivil dünyada terrorun gələcəyi yoxdur”, – bəyanatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR