ABŞ Prezidenti bir sıra ölkələrə rüsumları 90 gün müddətinə dayandırıb

ABŞ Prezidenti bir sıra ölkələrə rüsumları 90 gün müddətinə dayandırıb
DÜNYA
22:39 09.04.2025
531
ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib.

Bu barədə Amerika lideri "Truth Social"da qeyd edib.

Trampın açıqlamasına görə, 75-dən çox ölkə valyuta manipulyasiyası və qeyri-monetar rüsumları bağlı məsələlərlə bağlı danışıqlar aparmaq üçün ABŞ rəsmilərinə müraciət edib.

"Bu dövlətlər ABŞ-yə qarşı heç bir cavab tədbiri görməyib", - Ağ Ev rəhbəri vurğulayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR