ABŞ sabahdan Çin mallarına əlavə vergilər tətbiq edəcək

ABŞ sabahdan Çin mallarına əlavə vergilər tətbiq edəcək
DÜNYA
22:57 08.04.2025
552
ABŞ Çin Xalq Respublikasından idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə qədər yüksəldib.
 
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levit məlumat yayıb .

Onun sözlərinə görə, yeni rüsumlar aprelin 9-dan etibarən qüvvəyə minəcək.

O bildirib ki, bu addım Çinin cavab tədbirlərinə reaksiya olaraq atılıb.

"Çinin cavab tədbirləri qəbul etməsi səhv addım idi”, – Levit vurğulayıb.
OXŞAR XƏBƏRLƏR