"Azərbaycan höküməti ilə birgə işinin başlanmasını, Azərbaycan xalqı və ölkə ilə tanışlığımı, vacib məsələlərin həll olunmasını səbirsizliklə gözləyirəm", - səfir deyib."Bakıda olmağımdan və səlahiyyətlərimin icrasına başlamasından çox şadam. Biz burada regional sabitlik, demokratiya, Azərbaycanın çox güclü və çox şəffaf ölkəyə çevrilməsi, terrorçuluqla mübarizə kimi vacib məsələlər üzrə işləyəcəyik", deyə Morninqstar qeyd edib.Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib.ABŞ Prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılğı olmadan Azərbaycana səfir təyin etmişdir.Ermənipərəst senatorlar Barbara Bokser və Robert Menendes təziq göstərərək, onun namizədliyinə mane olurdular. /Trend/