ABŞ Ukrayna və Rusiyanın bu tarixə qədər sülh sazişi imzalamasını istəyir

ABŞ Ukrayna və Rusiyanın bu tarixə qədər sülh sazişi imzalamasını istəyir
DÜNYA
00:18 21.11.2026
55
ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanın 2027-ci ilin yanvarına qədər sülh sazişi imzalamasını istəyir.

Bu barədə "Financial Times” məlumat yayıb.

Məlumata görə, rəsmi Vaşinqton Konqresə nəzarətin yanvar ayında demokratların əlinə keçə biləcəyi ehtimalı fonunda tərəflər arasında razılaşma əldə olunmasını sürətləndirməyə çalışır.

Avropalı rəsmilərdən birinin sözlərinə görə, ABŞ ciddi təzyiq göstərir və təzyiqlər qarşında Ukraynaya razılaşma əldə etmək üçün əhəmiyyətli güzəştlərə getmək lazım gələ bilər.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR