ABŞ və Hindistan əməkdaşlığı yenidən müzakirə edilib

ABŞ və Hindistan əməkdaşlığı yenidən müzakirə edilib
DÜNYA
10:48 09.08.2026
174
ABŞ vitse-prezidenti Ceyms Devid Vens Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.

The Times of India –nın məlumatına görə, danışıq zamanı ABŞ və Hindistan arasında ticarət, müdafiə, texnologiya və faydalı qazıntılar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Narendra Modi tərəflərin strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yollarını nəzərdən keçirdiyini bildirib. Danışıq ABŞ Senatının Rusiya neftini alan ölkələrə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməsindən sonra baş tutub.
OXŞAR XƏBƏRLƏR