ABŞ və İsrail İrana hücumun şərtlərini müzakirə edir

ABŞ və İsrail İrana hücumun şərtlərini müzakirə edir
Bütün Xəbərlər
15:34 29.12.2011
1062

ABŞ və İsrailin İrana qabaqlayıcı hücumun şərtlərini müzakirə edir.

AZXEBER.COM-un “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Daily Beast” saytı xəbər yayıb. “Daily Beast” yazıb ki, ABŞ müdafiə naziri Leon Panettanın bir neçə əvvəlki çıxışında İrana hücum planına qarşı çıxması İsrail hökumətinin narazılığına səbəb olub. ABŞ-dakı İsrail səfiri hökumətinin narahatlığını Vaşinqtona çatdırıb. Ağ Ev isə İsrailə mesaj göndərərək İran “qırmızı xətt”i keçəcəyi təqdirdə bu ölkəyə hücum etməyi düşündüyünü bildirib. Vaşinqton İsraildən təkbaşına hərəkət etməməsini istəyib. Leon Panetta da daha sonra açıqlamalarında geri addım ataraq, ABŞ-ın İrana qarşı hər variantı masada saxladığını söyləyib. “Daily Beast”" İrana hansı şərtlərdə önləyici hücum ediləcəyinə dair müzakirələr aparıldığını yazıb. Müşahidəçilər İranın nüvə silahlı əldə etməyə nə qədər yaxın olması məsələsində ABŞ və İsrail arasında fikir ayrılıqlarının olduğunu, bunun da iki ölkənin rəsmi Tehrana qarşı ortaq qırmızı xətt müəyyənləşdirməsinə mane olduğunu bildirirlər.

OXŞAR XƏBƏRLƏR