ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq sazişlər paketi imzalayıb

ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollarlıq sazişlər paketi imzalayıb
DÜNYA
20:25 13.05.2025
1319
ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar və bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir.

Bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

Məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyib.

Əldə edilən razılaşmalar çərçivəsində Səudiyyə Ərəbistanının "DataVolt” şirkəti ABŞ ərazisində data-mərkəzlərinin və enerji infrastrukturunun tikintisinə təxminən 20 milyard dollar sərmayə qoyacaq. ABŞ-nin "GE Vernova” korporasiyası Səudiyyə Ərəbistanına 14,2 milyard dollar dəyərində qaz turbinləri və enerji avadanlıqları tədarük edəcək, "Boeing” isə Səudiyyə Ərəbistanının "AviLease” aviadaşıyıcısına 4,8 milyard dollar dəyərində "737-8” model sərnişin təyyarələrinin tədarükü üzrə müqavilə imzalayıb.

Səhiyyə sahəsindəki layihələr xüsusilə seçilir. O cümlədən Miçiqan ştatında ümumi dəyəri 5,8 milyard dollar olan tibbi qarışımların istehsalı üzrə yeni yüksək texnologiyalı zavodun yaradılması nəzərdə tutulur.

Bundan əlavə, ABŞ və Səudiyyə Ərəbistanı tarixin ən böyük – ümumi dəyəri təxminən 142 milyard dollar olan hərbi əməkdaşlıq müqaviləsini imzalayıblar. Sənəd özündə Amerika istehsalı olan müasir silah və texnikanın tədarükünü, hava hücumundan və raket əleyhinə müdafiə sistemlərinin inkişafını, Səudiyyə Ərəbistanında sahil və sərhəd təhlükəsizliyinin modernləşdirilməsini, həmçinin Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin personalına təlim keçirilməsini və orduya hərtərəfli dəstəyi ehtiva edir.

Ağ Evdən vurğulanıb ki, bu sazişlər iki ölkə arasında münasibətlərdə yeni qızıl dövrün əsasını qoyur və həm ABŞ-də, həm də Səudiyyə Ərəbistanında iş yerlərinin yaradılmasına və iqtisadi artıma kömək edəcək.
 
/report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
18:07 05.03.2026
İtaliya Körfəzə HHM sistemləri göndərməyi planlaşdırır
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi