Abşeron rayonunda “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib

Abşeron rayonunda “14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib
SOSİAL
15:25 13.07.2024
308
Abşeron rayonunda Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyi qeyd edilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində "14 iyul 1969-cu il - Qüdrətli Azərbaycanın inkişaf yolunun başlanğıcı” mövzusunda keçirilən tədbirdə RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, hüquq mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
 

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzin fəaliyyəti və Ulu Öndərin həyat və fəaliyyətini özündə əkds etdirən foto və video materiallarla tanış olublar.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfli həyatına və əzmkar fəaliyyətinə - xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.  
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev bildirib ki, Azərbaycanın bu günə qədər əldə etdiyi bütün naliyyətlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, Ulu Öndərin ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daima hörmətlə  xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət  hissi ilə, qurub-yaratmaq amalı ilə yanaşmış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmizdə yaşanan intibahdan, respublikamızda geniş vüsət alan hərtərəfli inkişafdan danışan RİH başçısı Ulu Öndərin milli ruhun dirçəldilməsində, dövlətçilik ənənələlərinin qorunub saxlanılmasındakı xüsusi xidmətlərindən söz açıb. Bildirilib ki, bütün həyatı və fəaliyyəti boyunca daima vətənini, onun suverenliyini, dövlətimizin güclənməsini düşünən Heydər Əliyev Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən, bir dövlət kimi məhv olmaq təhlükələrindən xilas etmək üçün misilsiz xidmətlər göstərmişdir. Bu gün də Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev vətənimizin ərazi bütövlüyünü təmin etmiş, Müzəffər Ali Baş Komandanın "Dəmir yumruğ”u ətrafında birləşən ordumuz Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə qazanmış və bununla da ata nəsihəti yerinə yetirilmişdir.

Sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Təyyubə Hüseynova çıxış edərək Ulu Öndərin Azərbaycan xalqının taleyində misilsiz rol oynadığını, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını və yad edildiyini bildiriblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəlməsinin mühüm tarixi hadisə olduğunu qeyd edərək vurğulayıblar ki, Ulu Öndər ömrünü dövlətimizin çiçəklənməsinə və rifahına, xalqımızın inkişafına həsr edib.

Daha sonra Abşeron RİH-i tərəfindən rayon ictimaiyyətinin bir qurup üzvünə Ümummilli Lider Heydər Əliyev irsinin təbliğində və Abşeron rayonunun ictimai həyatında fəal iştirakına görə Fəxri Fərmanlar təqdim ediblər.
 
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 55 illiyi ilə əlaqədar olaraq Abşeron rayonunda yaşayan şəhid övladlarının Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan səfərdə şəhidlərimizin bizə əmanət qalan övladları Mərkəzin fəaliyyəti, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətini özündə əkds etdirən foto və video materiallarla tanış olublar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan düyü idxalına çəkdiyi xərci 28 % azaldıb
18:09 26.08.2026
Azərbaycan düyü idxalına çəkdiyi xərci 28 % azaldıb
“Adı dilimin ucundadır”: Beyin niyə bildiyimiz adı xatırlamağa imkan vermir?
18:06 26.08.2026
“Adı dilimin ucundadır”: Beyin niyə bildiyimiz adı xatırlamağa imkan vermir?
Tramp İranın Ali Rəhbərinin çox ağır yaralandığını, lakin ölmədiyini bildirib
17:54 26.08.2026
Tramp İranın Ali Rəhbərinin çox ağır yaralandığını, lakin ölmədiyini bildirib
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Məsud Pezeşkianın qızı Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:48 26.08.2026
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
Valentina Matviyenko Mehriban Əliyevaya zəng edib
17:46 26.08.2026
Valentina Matviyenko Mehriban Əliyevaya zəng edib
Siz də əsəbiləşəndə qızarırsınız? – Səbəbi budur
17:39 26.08.2026
Siz də əsəbiləşəndə qızarırsınız? – Səbəbi budur
Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb
17:38 26.08.2026
Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb
Azərbaycan XİN Pakistana başsağlığı verdi
17:32 26.08.2026
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - İqtisadçı səbəbini açıqladı
17:30 26.08.2026
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - İqtisadçı səbəbini açıqladı
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
17:26 26.08.2026
“Bank Respublika” və “Sabah” - Uğura aparan uzunmüddətli tərəfdaşlıq
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
17:17 26.08.2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
17:15 26.08.2026
Vaqif Cavadov “Tvente”nin heyətini ziyarət etdi – FOTO
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
17:11 26.08.2026
Hər gün saqqız çeynəyirsinizsə... – Bu problemlə üzləşə bilərsiniz
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
17:08 26.08.2026
Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
16:58 26.08.2026
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib